
Sabah ölkənin bütün ümumtəhsil məktəblərinin birinci dərsi Xocalı faciəsinin anılmasına həsr ediləcək.
Bu barədə Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. O qeyd edib ki, sabah məktəblərdə yalnız Xocalı faciəsi deyil, Qarabağ müharibəsi, Azərbaycan faciəvi tarixinin məqamları şagirdlərə çatdırılacaq.“Bütün bunlarla yanaşı, həmin tarixi təhlil etməklə yenidən bu cür hadisələrin baş verməməsi haqqında danışılacaq. Eyni zamanda Azərbaycanın tanınmış alimləri, mədəniyyət işçiləri və tanınmış müəllimləri Xocalı faciəsinin şagirdlərə çatdırılmasına iştirak edəcəklər. Eyni zamanda biz Heydər Əliyev Fondu ilə birlikdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində “Xocalı” filiminin təqdimatını aparırıq.
Burada ali təhsil müəssisələrinin müəllim heyəti, tələbləri ilə yanaşı, ümumtəhsil məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri də iştirak edir. Burada məqsəd onların bu informasiyaları daha dərindən şagirdlərə çatdırılmasında köməkçi olmalarıdır”.
Aytən ZƏHRA