Modern.az

İlhamə Quliyevanın ölümü ətrafında MÜƏMMA: Zəhərlənərək öldürülüb? - VİDEO

İlhamə Quliyevanın ölümü ətrafında MÜƏMMA: Zəhərlənərək öldürülüb? - VİDEO

25 Fevral 2016, 17:05


“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Burosuna ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.

Modern.az "report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə İ.Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.

"Mən özüm də xəstəydim, Mərdəkanda evdə yatmışdım. Zəng vurdular ki, İlhamə xanım səni və Samirəni çağırır. Mən şəhərə çatana kimi də artıq keçinmişdi”. 

O bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək.

“Qafqazinfo”nun məlumatına görə, müğənninin yaxınları, sənət dostları onun ölümü ilə bağlı sui-qəsd versiyasını da irəli sürülüblər.

Belə ki, teleaparıcı və xalq artistinin yaxın dostu Elgiz Əkbər İlhamə Quliyevanın öz əcəli ilə ölməsinə şübhə etdiyini bildirib:

“İlhamə Quliyeva ölməyib, öldürülüb”.

Bununla bağlı daha bir iddianı isə primadonnanın rəfiqəsi, Lider TV-nin aparıcısı Lamiyə Ələkbərova səsləndirib:

“Dünən iki saat mənimlə dərdləşdi. Onda həyatsevər əhval-ruhiyyə var idi. Gecə 23:20-də mənə zəng vurub dedi ki, 8 Mart günü efirində qonaq olmaq istəyirəm. Studiyanı gül-çiçəklə bəzəyin. Köməkçisi dedi ki, halı anidən pisləşdi. Həkim gələnə kimi dərman verib, bu vaxtı özündən gedib. İlhamə xanımın öldürülməsi barədə dəqiq məlumat deyə bilmərəm”.

Müğənni Ə.Mirəliyev isə Moderator.az-a açıqlamasında Quliyevanın vəsiyyətindən də danışıb.

“İlhamə Quliyeva müsəlman qaydalarına uyğun olaraq dəfn ediləcək. Biz xristian deyilik ki, İlhamə xanımı dediyi kimi dəfn edək. Ola bilər ki, tabutda dəfn edək, ancaq mütləq müsəlman qaydalarına uyğun olaraq kəfənlənəcək. Bu vəziyyətdə deyə bilmərəm ki, onun vəsiyyətini həyata keçirəcəyik, ya yox. Nə deyibsə hər halda onu yerinə yetirməyə çalışacağıq”. 

Qeyd edək ki, İlhamə Quliyeva bir müddət öncə ATV-nin "Onlar" verilişində öləndə torpağa qoyulmaq istəmədiyini demişdi: "Mən istəmirəm ki,  öləndə torpaqda dəfn edilim. İstəyirəm ki, məni qoz ağacından düzəldilən gözəl bir tabutun içinə qoyub dəfn eləsinlər. Tabutun içini də "krujevalarla" bəzəsinlər. Eyni zamanda, tabutun açılıb-örtülən gözəl qapağı olsun. Mən tabutsuz torpağa qoyulmağı ona görə istəmirəm ki, qurd-quşdan qorxuram".

Bu arada yerli KİV-lər İlhamə Quliyevanın ötən gün çəkilmiş videosunu yayıblar. Videonu Bakıda qonaq olan Dağıstanın əməkdar artisti Xurşida sosial şəbəkədəki səhifəsinə yerləşdirib: “Mən dünən İlhamə Quliyevanın qonağı oldum. Amma bu gün ölüm xəbərini eşitdim. Allah rəhmət eləsin”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?