Modern.az

Səfir: “Ya İran vətəndaşları üçün viza ləğv olunacaq, ya da...”

Səfir: “Ya İran vətəndaşları üçün viza ləğv olunacaq, ya da...”

25 Fevral 2016, 17:27

 

Azərbaycan prezidenti İlham Əliyev İranda səfərdə olarkən iki ölkə arasında viza məsələsi ilə bağlı müzakirələr aparılıb.  

Modern.az xəbər verir ki, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pakayin keçirdiyi mətbuat konfransında məlumat verib.  

Onun sözlərinə görə, tərəflər turizm əlaqələrinin inkişafı üçün viza probleminin aradan qalxmasının vacibliyini vurğulayıblar.   Səfir bildirib ki, İran vətəndaşları üçün viza rejiminin birdəfəlik aradan qaldırılacağı gözlənilir.  

“Ya viza rejimi qaldırılacaq, ya da vizaların verilməsi hava limanlarında, sərhəd-keçid məntəqələrində həyata keçiriləcək”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?