Modern.az

Azərbaycan diasporundan Avropa Parlamentinə MÜRACİƏT

Azərbaycan diasporundan Avropa Parlamentinə MÜRACİƏT

25 Fevral 2016, 17:57


İsveç-Azərbaycan Federasiyası  Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Avropa Parlamentinə, İsveç Parlamentinə və İsveçin Xarici İşlər naziri Marqot Valströmə  müraciət göndərib.

Modern.az xəbər verir ki, müraciətdə 1992-ci ilin 26 fevralında ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə qarşı  törətdiyi soyqırımı aktı barədə məlumat verilib, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Bu qətliamın bəşəriyyət tarixində ən qorxulu kütləvi terror aktlarından biri olmasına baxmayaraq hələ də Avropa Parlamenti tərəfindən soyqırım aktı kimi tanınmaması ilə bağlı narazılıq ifadə olunub.

Müraciətdə həmçinin, ermənilərin1988-ci ildən bəri Dağlıq Qarabağ bölgəsində törətdiyi cinayətlər sadalanıb,  Xocalı soyqırımının XX əsrin Xatın,  Naqasaki, Xirosima  qətliamları ilə müqayisə olunduğu bildirilib.

“Beynəlxalq konvensiyalar, qəbul edilmiş beynəlxalq sənədlər Xocalı soyqırımı və buna bənzər soyqırımlarını pisləyir və qəbuledilməz sayır. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT Konvensiyasına əsasən Ermənistan hökümətini  beynəlxalq  hüquq qarşısında cavab verməyə vadar edilə bilər”- deyə müraciətdə bildirilib. 

Hazırda hakimiyyətdə olan  Serj Sərkisyan, Seyran Ohanyan,  eləcə də Robert Köçəryan və digər şəxslərin  beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğu diqqətə çatdırılıb.

Sonda İsveç-Azərbaycan Federasiyasının üzvləri adından Avropa Parlamentindən Xocalı soyqırımının tanınması və bu qətliamda günahı olan şəxslərin cəzalandırılması tələb edilib.

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?