Modern.az

Eks-deputat Ərəstun Cavadov: “Devalvasiyanın mənə ziyanı dəyə bilər?..”

Eks-deputat Ərəstun Cavadov: “Devalvasiyanın mənə ziyanı dəyə bilər?..”

Təhsil

26 Fevral 2016, 14:27


“Təqaüdçü adamam. Təqaüdçü adam harda gedib işləməlidi?! Daha siyasətlə də məşğul olmuram. Oturub evdə istirahət edirik”.

Bunu Modern.az-a açıqlamasında keçmiş deputat, Ərəstun Cavadov deyib.

Milli Məclisin sabiq üzvü manatın devalvasiyaya uğramasının ona təsiri barədə ünvanlanan suala da cavab verib. O vurğulayıb ki, manatın dəyərdən düşməsi daha çox işi olanlara təsir edə bilər.

“Ötən il manatın qiymətdən düşməsi bir çox sahələrə təsirsiz ötüşmədi. Mənim də baş verənlərdən xəbərim var. Amma heç yerdə  çalışmadığımdan manatın dəyərdən düşməsinin mənə ziyanının dəyməsi barədə danışa bilmərəm. İşi olan adamlar bu barədə daha yaxşı danışa bilər. Mən heç nə demək istəmirəm”.

Sabiq deputat Ərəstun Cavadov həm də Mərkəzi Univermağın rəhbəri kimi tanınır. Deputat olduğu dövrlərdə də biznes sahəsində aktiv fəaliyyət göstərib.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?