Modern.az

Putindən İlham Əliyevə daha bir zəng

 Putindən İlham Əliyevə daha bir zəng

26 Fevral 2016, 20:13

 

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub. 

Modern.az saytı xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.  

Qeyd edək ki, dünən də İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.  

Modern.az 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?