
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Donald Tramp Massaçusets, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərin qalibi olub.
Modern .az saytı CNN telekanalına istinadən xəbər verir ki, Respublikaçıların namizədi Tramp Corciya ştatında da rəqiblərini geridə qoymağı bacarıb.
Bununla da Donald Tramp 11 ştatdan 4-də qələbəni tam təmin edə bilib.
Onun prezidentliyə namizəd olan rəqibi Ted Kruz isə Oklahoma ştatında cəmi 5% çox səs toplaya bilib.
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd, sabiq dövlət katibi Hillari Klinton isə Virciniya, Corciya, Alabama, Massaçusets və Tennesi ştatlarında baş tutan ilkin seçkilərdə qalib olmağı bacarıb.
Xanım namizədin Demokrat Partiyasından olan əsas rəqibi Berni Sanders isə Vermont ştatında hələ ki irəlidədir.
Qeyd edilən ştatlarda seçki dairələri Bakı vaxtı ilə saat 04:00 bağlanıb.
“Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.
Ağa AKİFOĞLU