Modern.az

Prezidentin qeyri-neft məhsulları ilə bağlı fərmanı nə vəd edir? – RƏSMİ

Prezidentin qeyri-neft məhsulları ilə bağlı fərmanı nə vəd edir? – RƏSMİ

2 Mart 2016, 14:07

"İxracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir".

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Nazir müavini ölkə başçısının ötən gün imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərmanından söz açıb. O deyib ki, bu, qeyri-neft sektoruna verilən əlavə dəstəkdir.

"Əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək. Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir.

Bu cür tədbirlər həmin sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətliliyini artıracaq", - deyə S. Məmmədov əlavə edib.  

Ağa AKİFOĞLU

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?