Modern.az

Yaşayış binasındakı yanğında iki nəfər zəhərlənib

  Yaşayış binasındakı yanğında iki nəfər zəhərlənib

3 Mart 2016, 00:45


Tovuz rayonunda 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yanğın baş verib. Modern.az saytı «Report»a istinadən xəbər verir ki, Aybəniz Dəmirovaya məxsus mənzildə qeydə alınan yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənərək Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Hadisə yerinə FHN Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.  

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?