
Martın 2-də Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12000 manat dəyərində ətir oğurlanıb.
Bu haqda Modern.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulub.Gülşən RAUFQIZI