
Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərlik edtiyi nümayəndə martın 5-də İranın paytaxtı Tehrana gedib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş naziri özü ilə iqtisadiyyat, gömrük və ticarət, enerji və təbii qaynaqlar, nəqliyyat, dənizçilik və rabitə nazirlərini aparıb.
Ə. Davudoğlunun İranın vitse-prezidenti Eshak Cahangiri, xarici işlər naziri Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşləri nəzərdə tutulub.
Görüşlər zamanı müzakirələrin əsas mövzusu iqtisadi və ticarət əməkdaşlığı məsələləri olacaq.