
Polşa prezidenti Anjey Dudan “Limuzin” markalı avtomobilində qəzaya uğrayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, hadisə A.Dudan Karpaçdan Levin-Bjeskiyə gedən zaman baş verib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.
İri avtomagistralda yüksək sürətlə hərəkət edən avtomobilin qəzaya düşməsinə ilkin səbəb kimi arxa təkərin deşilməsi göstərilir.
Gülşən RAUFQIZI