Modern.az

Komitə sədri şəxs adları ilə bağlı yeni komissiya yaratmağı təklif etdi

Komitə sədri şəxs adları ilə bağlı yeni komissiya yaratmağı təklif etdi

Təhsil

5 Mart 2016, 12:13

“Azərbaycanda şəxs adları ilə bağlı məsələlər Terminologiya və Toponimiya komissiyalarının arasında qalıb”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib. Komitə sədri vurğulayıb ki, şəxs adları ilə bağlı məsələlər çox böyük əhəmiyyətə malikdir:

“Terminologiya ilə bağlı məsələlərə Nazirlər Kabinetinin nəzdindəki Terminologiya Komissiyasında, yer və coğrafi adlara isə Milli Məclis nəzdində fəaliyyət göstərən Toponimiya Komissiyasında baxılır. Ancaq şəxs adları ilə bağlı məsələlər bu iki komissiyanın arasında qalıb. Bu sahədə problemlər var və onların tənzimlənməsinə ehtiyac var. Bu baxımdan hesab edirəm ki, AMEA-nın Rəyasət Heyətinin nəzdində Onomastika, yəni şəxs adları ilə bağlı qurumun yaradılmasına ehtiyac var. Çünki, bu iş ayrıca professional yanaşma tələb edir.”

İ.Həbibbəyli vurğulayıb ki, belə bir komissiyanın yaradılması üçün AMEA-nın Rəyasət Heyəti hazırdır.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?