Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Modern.az saytı xəbər verir ki, TASS agentliyinə istinadən xəbər verir ki, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.
Məlumata əsasən, “Yarudeysk” neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Modern.az