
Bakıda intihar hadisəsi baş verib.
Modern.az saytı lent.az-a istinadən bildirir ki, martın 5-də Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 25 ünvanında Ağdam rayonundan məcburi köçkün olan 1970-ci il təvəllüdlü Məmmədov Rəşid Əyyub oğlu özünü kapron iplə asaraq intihar edib.Yaxınlarının bildirdiyinə görə, o, spirtli içki aludəçisi olub və tez-tez həyatdan bezdiyini, intihar edəcəyini deyirmiş.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Modern.az