Modern.az

İmişlidə ana ölümü qeydə alınıb

 İmişlidə ana ölümü qeydə alınıb

8 Mart 2016, 22:57


İmişli rayonunda ana doğuşdan sonra ölüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, İmişli rayonunda məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Pərigül Nuru qızı evdə uşaq dünyaya gətirmək istəyib.  

Uşağı ölü doğulmuş anada daha sonra  qanaxma başlayıb.

O, İmişli rayon xəstəxanasının doğum evi şöbəsində aqonal vəziyyətdə çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır