Modern.az

“Heç bir xeyri olmur”

“Heç bir xeyri olmur”

Təhsil

12 Mart 2016, 16:07

“Siyasi dialoq da iki tərəfli olmalıdır. Amma iqtidar tərəfi  dialoqa gəlmir”.

Bu sözləri Modern. az saytına açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

“Bu məsələ sizin sual və bizim cavablarımızla həll olunan məsələ deyil. Müxalifətlə siyasi dialoq da mütləq şəkildə olmalıdır. Amma müxalifətlə bir araya gəlməyə iqtidar ehtiyac bilmir. Belə çıxır ki, iqtidar öz vətəndaşları ilə görüşməkdən  çəkinir”-deyə partiya sədri bildirib.

Mirmahmud Mirəlioğlu hesab edir ki, artıq iqtidar hansısa təklifləri vermək mənasızdır

“Bu iqtidara artıq hansısa təklifləri etməyin heç bir əhəmiyyəti qalmayıb.

Rəsmi şəkildə təkliflər irəli sürürsən, heç bir xeyri olmur. Təkliflərimiz var, iqtidara təqdim etmişik. Amma başları nəyəsə möhkəm qarışdıqlarına görə buna əhəmiyyət vermirlər”.

Mən bu gün xüsusi olaraq bu cür bəyanatlar verirəm ki, görüm iqtidar buna reaksiya verəcək ya yox”

Ağa AKİFOĞLU  

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?