
Xalq artisti Aygün Kazımova özünə yeni və çox bahalı avtomobil alıb.
Modern.az saytı xəbər verir ki, A.Kazımova "Chevrolet Camaro Cabriolet” markalı avtomobilnin şəklini özünün "İnstagram” səhifəsində paylaşıb.
Sosial şəbəkəllərdə verilən məlumata görə, "Chevrolet Camaro Cabriolet” avtomobili Azərbaycanda bir ədəddir. Onun da sahibəsi Aygün Kazımovadır. Avtomobilin qiymətinin təxminən 90 000 dollar olduğu bildirilir.

