Modern.az

Saakaşvilini istefası üçün 35 min imza toplandı

Saakaşvilini istefası üçün 35 min imza toplandı

Təhsil

13 Mart 2016, 19:16


Mixail Saakaşvilinin Odessa vilayətinin rəhbərliyindən istefası ilə bağlı imza toplanması martın 3-də başlayıb. Modern.az xarici mediaya istiadən bildirir ki, bu kampaniya “Gürcüstan qovdular – Odessadan da qovacağıq” şüarı ilə keçirilir.

Ötən 10 gün müddətində region sakinlərinin 35 imza topladığı bildirilir.

Şəhərdə imza toplanması üçün ümumilikdə 20 çadır qurulub. Prosesə əvvəllər yeni qubernatoru dəstəkləyən partiya nümayəndələrinin də qoşulduğu bildirilir. Region sakinlərinin fikrincə, Saakaşvili planlaşdırılan heç bir vədini yerinə yetirməyib. Belə ki, Odessa-Reni yolu tikilməyib, yeni gömrük və parlament formalaşdırılmayıb, vilayət administrasiyasının yeni əməkdaşları korrupsiya cinayətlərinin iştirakçılarıdır.

Saakaşvilinin tərəfdarları isə bu aksiyanı provakasiya adlandıraraq islahatların keçirilməsi üçün çox vaxt lazım olduğunu vurğulayıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?