Modern.az

Ankara terroru ilə bağlı rəsmi açıqlama: 34 ölü, 125 yaralı

 Ankara terroru ilə bağlı rəsmi açıqlama: 34 ölü, 125 yaralı

14 Mart 2016, 01:03

“Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində hadisə yerində 30 nəfər dünyasını dəyişib. 4 nəfər isə xəstəxanalarda həyatını itirib. Hadisə yerində ölənlərdən 1 və ya 2 nəfəri terrorçu ola bilər”. Modern.az saytı xəbər verir ki, bunu hökumətin 1 saat 20 dəqiqəlik toplantısından sonra mətbuat üçün açıqlama verən Türkiyə Sağlık Bakanı Mehmet Müezzinoğlu bildirib.  

Mehmet Müezzinoğlunun sözlərinə görə, hazırda xəstəxanalarda 125 yaralı var: “Yaralılardan 19 nəfərinin vəziyyəti ağırdır. Onlardan 7 nəfəri əməliyyata alınıb. Qalan yaralıların vəziyyəti qənaətbəxşdir”.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?