Modern.az

Peşə məktəblərinin buraxılış imtahanlarında ciddi pozuntular baş verdi

Peşə məktəblərinin buraxılış imtahanlarında ciddi pozuntular baş verdi

Təhsil

14 Mart 2016, 10:45


Martın 13-də Azərbaycanda peşə liseylərinin buraxılış imtahanları keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az saytına verilən məlumata görə, imtahanlar 24 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Qusar, Xaçmaz) təşkil olunub. 

İmtahanlar bütün mərkəzlərdə eyni vaxtda-saat 12:00-da başlayıb və 2 saat 45 dəqiqə davam edib. İmtahanların idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

Qərargaha verilən məlumata görə 3 nəfər şagird imtahan binasına mobil telefonla daxil olmağa,  3 nəfər isə buraxılış zamanı başqasının yerinə imtahana girməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırlıb və bu hallarla bağlı yerində akt tərtib olunub.

Martın 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan ediləcək.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı TQDK-nın internet saytından və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?