Modern.az

Tələbələrin təqaüdləri niyə gecikdirilir? - Nazirlikdən AÇIQLAMA

Tələbələrin təqaüdləri niyə gecikdirilir? - Nazirlikdən AÇIQLAMA

Təhsil

14 Mart 2016, 17:43

Azərbaycandakı  ali təhsil ocaqlarında tələbə təqaüdləri gecikdirilir. Baxmayaraq ki, II semestrin birinci ayı başa çatıb, tələbələrsə təqaüdlərini ala bilməyiblər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında bildirib ki, tələbələr mart ayının ikinci ongünlüyünə qədər təqaüdlərini alacaqlar.

“Maliyyə hesablamaları aparılır. Bu isə bir az vaxt tələb edən məsələdir. Ona görə tələbə təqaüdlərinin verilməsində ləngimələr olub. Amma martın 18-ə qədər tələbələr öz təqaüdlərini ala biləcəklər”.

Xatırladaq ki, tələbə təqaüdləri yeni qaydalarla veriləcək. Artıq imtahan göstəriciləri yüksək olan həm ödənişsiz, həm də ödənişli təhsil alan tələblərə də təqaüd veriləcək.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?