Modern.az

Suriyalı uşaqlarla bağlı statistika – 3.7 milyon nəfər...

Suriyalı uşaqlarla bağlı statistika – 3.7 milyon nəfər...

Təhsil

14 Mart 2016, 17:57


Suriyada 5 illik müharibə zamanında 3,7 milyon uşaq ölkə içərisində və ya qaçqın olduqları ölkələrdə dünyaya gəliblər.

Modern.az xəbər verir ki, bu barədə UNİCEF məlumat yayıb. Qeyd edilib ki, uşaqların 306-ı qaçqın olaraq getdikləri ölkələrdə dünyaya göz açıblar.  

UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Peter Salama hesabatda 7 milyona yaxın suriyalı uşağın yoxsulluq içərisində yaşadığını qeyd edərək “milyonlarla uşaq vaxtından əvvəl böyümək məcburiyyətində qalıb” deyib.  

Hesabatda qeyd edilib ki, 15 mindən çox uşaq hər hansı qohumu olmadan bölgə ölkələrində yaşayırlar. Həmçinin ötən il müharibəyə cəlb edilən uşaqların yarıdan çoxu 15 yaşdan balacadır.  

Aytən ZƏHRA  

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?