Modern.az

Peşə liseylərindəki buraxılış imtahanlarının nəticələri elan edildi

Peşə liseylərindəki buraxılış imtahanlarının nəticələri elan edildi

Təhsil

14 Mart 2016, 18:44


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) tərəfindən 2016-cı il martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. 

Modern.az xəbər verir ki, nəticələr martın 14-də TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. 

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 

Peşə liseyləri şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur: 

Təhsilin səviyyəsi

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili 
(Azərbaycan bölməsi)

Ana dili 
(rus bölməsi)

Riyaziyyat

Xarici dil/Kimya

Tam orta

2

0-7

0-7

0-7

0-6

3

8-17

8-17

8-16

7-16

4

18-25

18-25

17-24

17-24

5

26-30

26-30

25-30

25-30

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?