Modern.az

ATV-nin əməkdaşları qəzaya düşüb

 ATV-nin əməkdaşları qəzaya düşüb

14 Mart 2016, 23:18

 

ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb. Modern.az saytının APA-ya istinadən məlumatına görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb.

Nəticədə telekanalın qadın əməkdaşı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

ATV telekanalından faktı APA-ya təsdiqləyiblər. Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. “Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs  Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür", - Vaqif Aydınoğlu deyib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?