Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı terrorçuluqla mübarizədə genişmiqyaslı dəstəyə və humanitar yardıma görə Rusiyaya dərin minnətdarlığını bildirib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Rusiya aviasiyasının Suriya ərazisində İŞİD-ə qarşı əməliyyatlarına ötən ilin sentyabrın 30-da start verilib.
Qeyd edək ki, Vladimir Putin bundan əvvəl Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.
Modern.az