Modern.az

Artur Rasizadə hesabat verəcək

Artur Rasizadə hesabat verəcək

15 Mart 2016, 09:54

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Modern.az saytının məlumatına görə, iclasda 3 məsələ gündəliyə salınıb. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı barədə 

2. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(Üçüncü oxunuş) 

3. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş).

Bugünkü iclasda hökumətin hesabatının Baş nazir Artur Rasizadənin verəcəyi gözlənilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?