Modern.az

MTN generalının villasında işləyən iki qardaş həbs edilib

MTN generalının villasında işləyən iki qardaş həbs edilib

Təhsil

15 Mart 2016, 10:54


Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləmiş iki qardaş həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə qardaşların vəkili Adəm Məmmədov bildirib.

A.Məmmədov Aslanov Ramil Valeh oğlu və Aslanov Vasif Valeh oğlunun həbsi ilə əlaqədar üç aya yaxındır ki, onların hüquqlarını müdafiə etdiyini bildirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs müdəti iki ay uzadılıb. Vəkil qardaşların həbsini qanunsuz sayaraq Aslanovlar qardaşları ilə bağlı baş prakorurunun I müavini Rüstəm Usubova şikayət edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?