Modern.az

Qarabağ separatçısı Almaniyadakı seçkilərə qatıldı

Qarabağ separatçısı Almaniyadakı seçkilərə qatıldı

Təhsil

15 Mart 2016, 12:20

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı “Dağlıq Qarabağ respublikası”nın nümayəndəsi Vaqram Poqosyan Almaniyada martın 13-də keçirilmiş yerli seçkilərdə müşahidəçi kimi iştirak edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Azad Vətən” partiyasının mətbuat katibi olan Poqosyan “Almaniya üçün Alternativ” millətçi partiyasının dəvəti ilə Baden-Vürtemburq federal torpağındakı seçkilərdə müşahidəçi olub.  

Səfər zamanı separatçı partiya funksioneri Ştutqart meriyasının üzvləri və Baden-Vürtemburq federal məclisinin deputatı Henrix Fişerlə görüşüb.    

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?