
Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində qətl törətməkdə ittiham olunan 45 yaşlı Talıbov Sərxan Yasər oğlu beynəlxalq axtarışa verilib.
Virtualaz.org saytı Rusiya hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.Qətl hadisəsi 2006-cı ilin may ayında baş verib.
İlkin məlumata görə, adıçəkilən şəxs Azərbaycan ərazisindədir və özü barədə şəxsi məlumatlarını dəyişdirib.
Modern.az