Modern.az

Astara və Goranboyda qaz olmayacaq

Astara və Goranboyda qaz olmayacaq

15 Mart 2016, 18:35


Abşeron, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Modern.az SOCAR-ın saytına istinadən məlumat verir ki, martın 16-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Goranboy” və Astara magistral qaz kəmərləri sahəsinin “Astara” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Astara şəhərinin və Goranboy rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?