
Ötən gecə Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, iki oyunun nəticəsi növbəti mərhələnin iştirakçılarını müaəyyənləşdirib.
Rəqiblərini məğlub edən "Mançester Siti" və "Atletiko" qalib gələrək mərhələni adlayıb
“Mançester Siti” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) - 0:0 (İlk oyun - 3:1)
“Atletiko” (Madrid, İspaniya) - PSV (Hollandiya)- 0:0 (penaltilər seriyası - 8:7) (İlk oyun - 0:0).
Bu gün daha iki oyun keçiriləcək.
"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) (İlk oyun - 2:0);
"Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) (İlk oyun - 2:2).
Qeyd edək ki, bundan öncə "Real-Madrid" (İspaniya), "Volfsburq" (Almaniya), PSJ (Fransa) və "Benfika" (Portuqaliya) da ¼ finala vəsiqə qazanıblar.