"Bakı Metropoliteni" QSC və 106.3 FM-in təşkilatçılığı ilə məşhur cazmen Vaqif Mustafazadənin doğum gününə hərs edilmiş xüsusi proqram hazırlanıb. Bu haqda Modern.az saytına məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, məşhur cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş xüsusi proqram bu gün baş tutacaq:
“Martın 16-da saat 15:00-dan etibarən Bakı Metrosunun bütün stansiyalarında cazmenin ifalarını dinləyə biləcəksiniz. Proqram 3 saatdan artıq davam edəcək”.

Gülşən RAUFQIZI