
“Devalvasiya və neftin qiymətinin düşməsinə baxmayaraq işlərimiz davam edir, amma sürət azalıb”. Bu sözləri Modern.az-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib. O qeyd edib ki, əvvəlki kimi böyük işlər görmək çətindir.
“Hazırda hökumətə iki böyük layihə vermişik. Layihələrdən biri Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Taxtakörpü su anbarının tikintisi ilə birlikdədir.
Digər layihə isə Şəmkir Su elektrik Stansiyası ilə bağlıdır. Bunların nəticələri suvarılan torpaqların istifadəyə verilməsidir ki, hal-hazırda iş gedir”.
Ə.Əhmədzadə qeyd edib ki, iki böyük həcmli layihənin 2-3 ilə yekunlaşacaq.
Aytən ZƏHRA