
Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda yay vaxtına keçid ləğv edilib. İqtisadçı Natiq Cəfərli Modern.az saytına qərarın müsbət addım olduğunu deyib:
“Ölkə ərazisində yay vaxtına keçidin ləğv edilməsi doğru bir qərardır. Çünki, yay-qış vaxtının tətbiq edilməsinin hər hansı müsbət tərəflərini görməmişdik. Həmçinin, iqtisadiyyata xeyirləri hesablanmamışdı. Amma saat dəyişikliyinin, insanların iş qabiliyyətinə, psixoloji durumuna mənfi təsir etdiyi həkimlər tərəfindən təsdiqlənmişdi”.
İqtisadçı bildirib ki, qərarın ləğvi insanların iş qabiliyyətinə, işə adaptasiya olmasına pozitiv təsir edəcək.
Gülşən RAUFQIZI