Modern.az

AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq

AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq

Təhsil

17 Mart 2016, 15:18


Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.

"Azərbaycan Hava Yolları" QSC-nin bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.

Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected] e-mailinə yazmaq xahiş olunur.

Modern.az   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?