Modern.az

Ölkə sel təhlükəsinə hazırdır?

Ölkə sel təhlükəsinə hazırdır?

Təhsil

17 Mart 2016, 15:47

“Azərbaycanda mümkün ola biləcək sel fəlakətinin qarşısını almaq üçün tədbirlər görülüb”.

Bu sözləri Modern.az-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib. Təbii fəlakətdən heç kəsin sığortalanmadığını vurğulayan ASC sədri bildirib ki, burada əsas məqsəd təhlükəsizliyi təmin etməkdir.

“Bunun üçün də böyük işlər görülüb. Kür-Araz çaylarının ətrafındakı bəndlərdə bərkitmə işləri aparılıb. 5-6 km ən qorxulu yerlərdə sahil bərkitmə, daştökmə işləri əsaslı edilib.

Hər halda görülən işlər nəticəsi özünü göstərəcək”.  

Ə.Əhmədzadə qeyd edib ki, əsasən dağətəyi rayonların sellə üzləşməsi təhlükəsi var ki, bunun üçün də işlər görülür.    “Çaylarda sahil bərkitmə işləri aparılır, məcraların təımizlənməsi işləri görülür”.  

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?