Modern.az

Hüquq müdafiəçisi əfv sərəncamını yüksək qiymətləndirdi

Hüquq müdafiəçisi əfv sərəncamını yüksək qiymətləndirdi

Təhsil

17 Mart 2016, 15:51


“İnsan Haqları üzrə Birgə İşçi Qrupunun Prezident İlham Əliyevə təqdim etdiyi 22 nəfərlik siyahıda yer alan 14 nəfər bu gün zadlığa çıxdı. Hələ məhkəmə qərarı ilə azadlığa çıxan Rauf Mirqədirovu da bu siyahıya əlavə etsək, 15 nəfər demək olar”.

Bunu Modern.az saytına İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı bildirib.

Hüquq müdafiəçisi Əfv Sərəncamını yüksək qiymətləndirdiyini deyərək, ailələr adına çox sevincli olduğunu vurğulayıb.

Ölkə başçısının bu gün imzaladığı sərəncamla 137 nəfər azadlığa buraxılıb. Həmçinin 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?