Modern.az

Belarusun xanım deputatları Bakıda – FOTO

Belarusun xanım deputatları Bakıda – FOTO

17 Mart 2016, 15:56

Bu günlərdə  “Lider Qadınlar” İctimai Birliyi tərəfindən dəvət olunmuş   Belarus parlamentinin Respublika Şurasının  (Yuxarı palata) elm, mədəniyyət və sosial inkişaf üzrə daimi komissiyasının üzvü Tatyana Niçişina və Belarus parlamentinin Nümayəndələr Palatasının (Aşağı Palata) iqtisadi siyasət üzrə daimi komissiyasının üzvü Lyudmila Kubrakova Azərbaycanda dostluq səfərindədirlər.

İlk dəfə Azərbaycana gələn  xanım deputatlar elə Heydər Əliyev adına hava limanından Bakıya vurulduqlarını bildiriblər. Ölkəmizdə möhtərəm prezident cənab İlham Əliyevin həyata keçirdiyi əzəmətli regional və beynəlxalq layihələrdən məlumatlarının olmasına baxmayaraq, dost ölkə hesab etdikləri Azərbayucanda  olmaqdan çox məmnunluqlarını söyləyiblər. Dostluq səfərində olan Bir neçə gün Bakıda dostluq səfərində olacaq Xanım siyasətçilərın zəngin  proqramları var.

Onlar ilk oncə Fəxri xiyabanı ziyarət edərək  çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə  gül dəstələri qoymuşlar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin məzarlarını ziyarət ediblər.

Xanım deputatlar Azərbaycan Respublikası Milli Məclisində rəsmi görüşlərə başlamazdan öncə parlamentin binası ilə tanış olublar və parlamentdə Azərbaycan mərhum eks-prezident Heydər Əliyevin həyat və yaradıcılığna həsr olunmuş muzeyini ziyarət ediblər. Daha sonra qonaqlar Milli Məclisin sədr müavini, millət vəkili Valeh Ələsgərov, sədr müavini, millət vəkili Bahar Muradova və Azərbaycan-Belarus Parlamentlərarası dostluq qrupu ilə görüş keçiriblər.

Görüş zamanı xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən, hər iki ölkənin dövlət başçıları arasında olan şəxsi münasibətlər, siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edən əlaqələrdən danışılıb.

Sözsüz ki,  bu  əlaqələrin məntiqi nəticəsi kimi, son illər ölkələrimiz arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənməkdədir. Xüsusilə vurğulanıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər yüksək iqtisadi inkişafa nail olan Azərbaycanla böyük sənaye potensialına malik Belarus arasında əlaqələr dinamik şəkildə  genişlənməkdədir.  

Görüş zamanı Azərbaycan – Belarus arasında bu əlaqələrin inkişafında hər iki ölkənin qadınlarının xüsusilə də, qadın siyasətçilərin rolunun, müasir dünyada beynəlxalq əlaqələrdə siyasətçi qadınların  iştirakının əhəmiyyətinin  günü-gündən artması da müzakirə edilib.   









Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?