Modern.az

“Bələdiyyə yarmarkası” - FOTOLAR

“Bələdiyyə yarmarkası” - FOTOLAR

Təhsil

18 Mart 2016, 16:46

Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə ilk “Bələdiyyə yarmarkası”nın açılışı Novruz bayramına təsadüf etdi.

Yarmarka Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin, rifah halının yaxşılaşmasına yönəlmiş qərar və tapşırıqlarına uyğun olaraq yaradılıb. Burada sakinlərə daha keyfiyyətli və daha ucuz kənd təsərrüfatı və emal müəssisələri məhsullarının satışı nəzərdə tutulur.

Yeni, müasir, bütün standartlara cavab verən yarmarkada əhaliyə yüksək səviyyəli xidmət üçün hər cür şərait mövcuddur. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən quruculuq işlərinin mahiyyətində insanlara qayğı, diqqət dayanır.

Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı bildirib ki, “Bələdiyyə yarmarkası”nın yaradılması Prezident İlham Əliyevin “2014-2018-ci illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət Prqoramı”nın 2-ci ilinin yekunlarına dair müşavirədə qarşıya qoyduğu tələblərə əsasən həyata keçirilən bir addımdır.

Layihənin icrası yerli istehsalın qorunmasına şərait yaradacaq, inhisarçılığın qarşısı alınacaq və ərzaq məhsulları ilə təminatda Dövlət başçısının qarşıya qoyduğu ən mühüm tapşırıqlardan biri, idxaldan asılılıq qismən azalacaq.

Diqqətə çatdırılıb ki, yeni xidmət sahələrinin yaradılması, daimi iş yerlərinin açılması, vətəndaş məmnunluğu Bələdiyyənin bundan sonrakı fəaliyyətində də prioritet istiqamətlər olacaq.

Əsas hədəf Dövlət başçısının dediyi kimi, xalqın xidmətində durmaqdır. Bu cür layihələr Bələdiyyənin təkcə əmlak və torpaq vergisindən yox, digər xidmət sahələrindən də gəlir mənbələrinin olmasını təmin etmək, həmin gəlirləri də sakinlərin rifahı naminə xərcləmək üçün lazimi tədbirlərin görülməsinə imkan verəcək.

Digər çıxışlarda Binəqədi rayonunun inkişafına, onun sakinlərinə diqqət və qayğısına görə də ölkə rəhbərinə minnətdarlıq ifadə olunub. Bayram tədbiri incəsənət ustalarının rəngarəng konsert proqramı ilə başa çatıb.





Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?