Modern.az

Yol Polisi İdarəsindən müraciət: "Bayram günləri də işləyəcəyik"

Yol Polisi İdarəsindən müraciət: "Bayram günləri də işləyəcəyik"

Təhsil

18 Mart 2016, 17:19



Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) imtahan-qeydiyyat və texniki baxış şöbələri bayram günlərin adi iş rejimində çalışacaq.

Bu barədə APA-ya BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

O qeyd edib ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən, Novruz bayramında qeyri-iş günü olmasına baxmayaraq, martın 19-dan 28-dək BDYPİ-nin imtahan-qeydiyyat və texniki baxış şöbələri də adi iş rejimində fəaliyyətini davam etdirəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?