İstanbul Böyükşəhər Bələdiyyəsi Zabıta briqadaları, əhalinin sıx olduğu yerlərdə dilənən şəxslərə göz verib işıq vermir. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Üsküdarda dilənən yaşlı bir qadını görən qruplar hərəkətə keçir. Yaşlı qadın bir vətəndaşdan pul alarkən yaxalanıb. Polis bölbməsinə aparılan yaşlı qadının üzərindən çıxan pul isə məmurları çaş-baş qoyub.
Yaşlı qadının üzərindən 7 min 200 lirə çıxıb.
Protokol tərtib etmək üçün pulları masaya qoymaq istəsələr də, ancaq pullar masaya güclə sığıb. Məmurlar yaşlı qadına bir daha dilənməməsi üçün xəbərdarlıq edib.

Modern.az