Modern.az

Ölkəmizdə ilin ən uzun tətili başladı

 Ölkəmizdə ilin ən uzun tətili başladı

Təhsil

19 Mart 2016, 01:04


Azərbaycanda Norvuz bayramı ilə əlaqədar tətil günləri başlayıb. Bayramla əlaqədar 9 gün iş olmayacaq. Modern.az saytı xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günüdür.

Əmək Məcəlləsinə əsasən, martın 20-si qeyri-iş gününə-bazar gününə düşdüyündən martın 25-i (cümə günü) qeyri-iş günü hesab olunacaq. Bu gün, martın 19-u şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.

Beləliklə, Novruz bayramında martın 19, 20, 21, 22, 23, 24, 25, 26, 27-si iş olmayacaq. Bayramdan sonra növbəti iş günü martın 28-nə təsadüf edir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?