Modern.az

İstanbuldakı partlayışda İŞİD izi

 İstanbuldakı partlayışda İŞİD izi

20 Mart 2016, 00:27

 

Türkiyə polisi İstanbulda partlayış törətməkdə şübhəli bilinən kamikadze-terrorçunun İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilir. Modern.az saytı xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyinə polisdəki mənbə bildirib.     

Məlumata görə, 33 yaşlı Savaş Y. bundan əvvəl  2015-ci ilin mayında Xalqların Demokratiya Partiyasının (HDP) Mersin və Adanadakı ofislərinə terror hücumları törətməkdə şübhəli bilinib. Partlayışlar nəticəsində 3 nəfər yaralanıb,  terror aktlarının təşkilatçısı Savaş Y. isə Suriyaya qaçıb. Onun  adı, barələrində axtarış elan edilən potensial terroçu-kamikadzelərin siyahısına daxil edilmişdir. Onun atasından götürülən qan nümunəsi DNT analizinin aparılması üçün  Adanadan İstanbula gətirilib.  

Qeyd edək ki, İstanbulda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?