Modern.az

Azərbaycana bahar gəlib

Azərbaycana bahar gəlib

20 Mart 2016, 09:03


Bu gün səhər saatlarında Azərbaycana bahar gəlib.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, 2016-cı ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verib.

Belə ki, Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayıb və bu, iyun ayının 21-nə qədər davam edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?