
Moskvadakı “Adam” teatr studiyasının aktyoru Timofey Fomiyev faciəli şəkildə ölüb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hadisə martın 20-də yerli vaxtla gecə saat 3-ə yaxın baş verib. Şahidlər polis bölməsinə zəng vuraraq Nikitski bulavarındakı binalardan birinin qarşısında bir adamın yerdə tərpənməz vəziyyətdə olduğunu bildiriblər.
Hadisə yerinə gələn əməliyyatçılar 23 yaşlı aktyorun 6-cı mərtəbədən yerə düşdüyünü müəyyənləşdiriblər. Hüquq-mühafizə orqanları hazırda gənc aktyorun bədbəxt hadisə nəticədsində öldüyünü, yaxud intihar etdiyini araşdırırlar.
Modern.az.