
Sankt-Peterburqda Özbəkistan prezidenti İslam Kərimova qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən bu ölkənin vətəndaşı tutulub. Modern-az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşı martın 19-da axşam operativ qrup tərəfindən Rusiyanın şimal paytaxtının Kolpinski şossesində yaxalanıb.
O, hakimiyyəti ələ keçirməklə ölkənin Konstitusiya quruluşunu dəyişməyə cəhddə şübhəli bilinərək Özbəkistan Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü hissəsi ilə beynəlxalq axtarışda olub. Bundan başqa, separat təşkilata rəhbərlik etməkdə də şübhəli bilinir.
İslam Kərimov 1991-ci ildən Özbəkistanın prezidentidir.
Modern.az