Modern.az

Məşhur müğənninin anası öldü

 Məşhur müğənninin anası öldü

20 Mart 2016, 20:19

 

Fransada tanınmış müğənni Mirey Matyenin anası vəfat edib. Modern.az xarici mediaya istinadən bildirir ki, Marsel-Sofi Matyenin 95 yaşı vardı.

Müğənninin ansı son günlər Fransanın cənubundakı Avinyon şəhərindəki hospitalda həkimlərin nəzarəti altında idi. Məhz Mirey Matye, eləcə də onun 13 qardaş və bacısı bu şəhərdə doğulublar. Marsel-Sofi Matye dünyaya təkcə ulduz müğənnini gətirməyib, o, eyni zamanda qızının ən böyük pərəstişkarı olub. Anası Mirey 1962-ci ildə musiqi sahəsində parlamağa başlayandan bəri faktiki olaraq qızının bütün konsertlərində iştirak edib. O, hətta qızı ilə xarici ölkələrdəki turnelərə də gedib. Sonuncu dəfə isə 2015-ci ili iyul ayında Livanda birgə olublar.

“Mən həmişə konsert başaçatandan sonra anamı səhnəyə dəvət edirəm, onu gurultulu alqışlarla qarşılayırlar, cünki mənim pərəstişkarların bu qadını sevir və hörmət edirlər”, - Mirey  Matye jurnalistlərlə söhbətində dəfələrlə belə deyib.


 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?