Modern.az

Azərbaycancan Xarici İşlər Nazirliyi bəyanat verdi

Azərbaycancan Xarici İşlər Nazirliyi bəyanat verdi

Təhsil

22 Mart 2016, 17:29


“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Brüssel şəhərində törədilmiş və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik”.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycancan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcəkdir”,-deyə bəyanatda vurğulanır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?