“Mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi sabah Akademik Milli Dram Teatrında keçiriləcək”. Modern.az saytı xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.
O bildirib ki, vida mərasimi saat 12.00-dan 14.00-a qədər baş tutacaq. AYB-nin katibi əlavə edib ki, M. İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq.
Modern.az